2021-ci il Moskva Kitab Sərgisində islami kitablar sərgilənib

2021-ci il Moskva Kitab Sərgisində islami kitablar sərgilənib

Giperssilka.ru “İQNA”ya istinadən xəbər verir ki, Moskvada Qırmızı Meydanın yaxınlığında üç yüzdən çox yerli və xarici nəşriyyatın iştirakı ilə 23-cü Moskva Beynəlxalq Düşüncə Ədəbiyyatı (qeyri-bədii) sərgisi keçirilib.

Bu sərgidə "Nəhcül-bəlağə"nin, "Səhifə Səccadiyyə"nin və digər islami kitabların təqdimatı olub.

Rusiyadakı İbn Sina İslam Araşdırmaları Fondu ardıcıl olaraq on üçüncü ildir ki, bu sərgidə iştirak edir və nəşr etdiyi əsərləri təqdim edir.

Sərgidə “İran tarixi əvvəldən İmam Xomeyniyə (rəh) qədər” kitabının da təqdimatı olub. Bu kitab İran tarixindən bəhs edir. Həmçinin inqilab və müqəddəs müdafiə tarixini ehtiva edir. Kitabın təqdimatı İranın Moskvadakı səfiri Kazim Cəlali və kitabın müəllifi Aleks Qromovun iştirakı ilə keçirilib. Bu əsər İranın Rusiyadakı səfirinin müqəddiməsi ilə Rusiyada ilk dəfə çap edilib.
Bu əsərin "İyirminci əsrdə İran" adlı növbəti cildi İranın çağdaş tarixindən, xüsusilə İslam İnqilabından, Ayətullah Xameneinin rəhbərliyinin başlanğıcına qədər olan müqəddəs müdafiədən hərtərəfli bəhs edir.

"Müsəlman alim və mütəfəkkirlərinin nəzərində təlim və tərbiyə" kitabının üçüncü cildinin də təqdimatı olub. Bu kitab Ayətullah Ərafinin nəzarəti ilə Behruz Rəfii tərəfindən İmam Məhəmməd Qəzalinin fars dilində təhsil nəzəriyyələrinə dair tədqiqat əsəridir.

“Nasir Xosrov və onun fəlsəfi baxışları” və "Molla Sədranın təlimləri və həyatı" kitabı da sərgilənib.

Həmçinin bu il fondun əsərlərinə tamaşaçıların tez-tez müraciətlərini nəzərə alaraq, "Səhifə Səccadiyə" və "Nəhcül-Bəlağə"nin tərcümələri də əlavə olunub.

Habelə, Ali Məqamlı Rəhbərin risaləsi də yenidən çap olunub və Moskva sərgisində təqdim olunub.

Giperssilka.ru