25 may Rusiya ərazisində Fitr bayramının günüdür - FİTRƏ ZƏKATI FOTO/VİDEO

25 may Rusiya ərazisində Fitr bayramının günüdür - FİTRƏ ZƏKATI FOTO/VİDEO
Qeyri-Seyyidlər üçün fitrə zəkatı - Rusiya
25 may Rusiya ərazisində Fitr bayramının günüdür - FİTRƏ ZƏKATI FOTO/VİDEO

24 May 2020-ci il tarixi Rusiya Federasiyası ərazisində müqəddəs Fitr bayramının gecəsidir. Bu barədə "Giperssilka"ya Ali Məqamlı Rəhbərin RF-dəki nümayəndəliyindən bildirilib. 

Bu gecənin bir sıra əməlləri vardır, onlardan vaciblərindən bir də bu gecə fitrə zəkatının çıxarılmasıdır. Fitrə zəkatı bayram gecəsi daxil olandan çıxarılmalı və şəri cəhətdən müvafiq şəxslərə çatdırılmalıdr. Zəkatın çatdırılmasında gecikdirilmə bəyənilən əməl deyil, ən geci bayram gününün zöhr azanına qədər fitrə zəkatı verilməlidir.

 

RF-də fitrə zəkatı hara və necə verilməlidir?

Bu il İmam Xameneinin Rusiyadakı müqəllidlərinə Ali Məqamlı Rəhbərin RF-dəki nümayəndəliyi tərəfindən tövsiyyə olunub ki, buliki fitrə zəkatları "Böjestvenniy Svet" Xeyriyyə Fondunun hesablarına keçirilsin. Bununla əlaqədar zəkat ödəyiciləri üçün fond tərəfindən Kərbəlayi Zakir Böyükkişi oğlu adına iki hesab təsis olunub; hesabın biri seyyidlər üçün, digəri isə qeyri-seyyidlər üçün nəzərdə tutulub.

 

5336 6901 3210 5927 SBERBANK (Seyyidlər üçün fitrə zəkatı)

 

5469 3800 6108 2078 SBERBANK (Qeyri-Seyyidlər üçün fitrə zəkatı)

 

Fitrə zəkatı verilərkən, möminlərin buna xüsusi diqqət etmələrini istənilir.  

   

Qeyd edək ki, bu il Ayətullahul-üzma Seyyid Əli Sistani cənablarının da fətvası ilə Rusiyada müqəddəs Fitr bayramı mayın 25-də qeyd olunacaq. 

Xatırladaq ki, cari ildə Rusiya Federasiyasının bütün inzibati subyektərində mayın 24-ü gecəsi Fitr bayramının gecəsi, mayın 25-i isə Fitr bayramının günüdür. 

Allah tutduğunuz orucları qəbul etsin! Bayramınız mübarək olsun!   

Giperssilka.ru