2500 ABŞ əsgəri bu ayın sonuna qədər İraqı tərk edəcək

2500 ABŞ əsgəri bu ayın sonuna qədər İraqı tərk edəcək

Giperssilka.ru MEHR-ə istinadən xəbər verir ki, İraq Ordusu Əməliyyatlar Komandanlığının sözçüsü Təhsin Əl-Xəfaci 2500 ABŞ əsgərinin sentyabrın sonuna qədər, geridə qalan bütün döyüş qüvvələrinin isə bu il 31 dekabra qədər İraqı tərk edəcəyini açıqlayıb.

O, son günlərdə ABŞ əsgərlərinin İraqdan çıxarılması ilə əlaqədar olaraq Bağdad və Vaşinqton arasında əhəmiyyətli bir görüş keçirildiyini vurğulayıb:

"İraq və Amerikanın texniki-hərbi komitələrinin toplantısının nəticələri çox əhəmiyyətli idi və ABŞ-ın döyüş qoşunlarının 31 dekabr 2021-ci il tarixinə qədər İraqdan çıxarılmasına dair razılıq əldə edildi. Biz də mərkəzi komandanlığı diviziyadan kiçik bir hissəyə, məsləhət və maddi-texniki dəstək cəbhəsinə, təlim və təkmilləşdirmə qabiliyyətini azaltmağa qərar verdik".

Giperssilka.ru