3000 İŞİD terrorçusu Suriyadan İraqa keçib

3000 İŞİD terrorçusu Suriyadan İraqa keçib

Eastnews.org-un verdiyi xəbərə görə, Fransanın "Le Monde" qəzeti İraqın şimal-şərqində Suriyadan gələn təxminən 3000 İŞİD silahlısının olduğunu bildirib.

Məlumata görə, İraqın şimal-şərqində fəaliyyət göstərən 3000 İŞİD terrorçusu Suriyadan İraqa keçib. Terrorçular İraq və Suriya arasındakı 600 kilometrlik səhra sərhədinə sızan yaraqlılar arasındadır.

Fransa qəzeti, həmçinin mart ayının sonunda İraqın Ənbar əyalətində (qərbdə) İordaniya və Suriya ilə sərhəd boyunca İŞİD hücrələrinin fəallaşdığını qeyd edib. İki gün əvvəl Suriya rəsmi xəbər agentliyi yerli mənbələrə istinadən ABŞ-ın Suriyadan bəzi İŞİD terrorçularını İraqa köçürdüyünü bildirib.

Giperssilka.ru