8-ci Ərbəin konfransı Məşhəd şəhərində keçiriləcək

8-ci Ərbəin konfransı Məşhəd şəhərində keçiriləcək

Giperssilka.ru Shabestan-a istinadən xəbər verir ki, Höccətül-İslam Məhəmməd Səid İsfahani 8-ci Ərbəin Konfransının Məşhəd şəhərində keçiriləcəyini açıqlayıb.

O qeyd edib ki, konfrans 3 gün ərzində 5 elmi və ixtisaslaşdırılmış panel üzrə baş tutacaq:

"Konfransda 400 iranlı və xarici professor, alim və tədqiqatçı iştirakı edəcək. Koronavirus şərtləri səbəbindən 100 nəfər şəxsən, 300 nəfər isə onlayn formada qatılacaq, onlardan 30-u İraq, Əfqanıstan, Pakistan, Suriya,Livan, bəzi digər Orta Asiya ölkələri və Yəməndən olan xarici qonaqlar olacaq".

O, sözlərinə əlavə edib ki, bu konfransın əsas mövzusu İslam İnqilabının İkinci Addımı Bəyannaməsində İslam Ümməti və Sivilizasiyasıdır. Eyni ilə Şəhid Qasim Süleymani Məktəbi, İslam Ümməti və Mədəniyyəti, Əhli-beyt (ə) sevgisi də bu konfransın əsas mövzularındandır:

İsfahani qeyd edib ki, Həzrəti Zəhranın (s) İslamologiya seminariyasının mərkəzi ilə birlikdə Ərbəin düşüncəsinin aktivləşdirilməsində qadınların rolu ilə bağlı bir panel də keçiriləcəkdir.

Giperssilka.ru