ABŞ-da etirazların yeni dalğası başlayır

Etirazçılar nəinki sakitləşmir, hətta yeni mübarizə metodları haqda düşünürlər.

ABŞ-da etirazların yeni dalğası başlayır

Beynəlxalq medialar xəbər verir ki, ABŞ-da etirazların yeni dalğası başlayır. Artıq küçələrdə barrikadalar qurulur. Portlenddə solçu qrup kimi tanınan “Antifa” bu məsələdə xüsusi təşəbbüs göstərir. Sietldə hadisələr daha təhlükəli mənzərə yaradıb. Ortada silahlı qruplaşmalar gəzir. Onlar da küçələrdə barrikadalar qurub.

Həftənin əvvəli də çox gərgin keçmişdi. Etirazçılar əsasən vaxtilə qul ticarəti ilə məşğul olmuş tarixi şəxsiyyətlərin heykəllərinə hücum edirdi. Xristofor Kolumbun heykəli də onların qəzəbinə tuş gəlmişdi.

Corc Floyd mayın 25-də Minneapolisdə öldürülmüşdü. Ağdərili polis əməkdaşı Derek Şovin 8 dəqiqə 46 saniyə dizini onun boğazına sıxaraq, afroamerikalının ölümünə səbəb olmuşdu.

Sahartv/Giperssilka.ru