ABŞ dövlət katibi Ukraynaya səfər edib

ABŞ dövlət katibi Ukraynaya səfər edib

ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın paytaxtı Kiyevə səfər edib.

Giperssilka “Report”a istinadən xəbər verir ki, bu barədə "Strana" nəşri məlumat yayıb.

Səfərdə məqsəd Birləşmiş Ştatların Ukraynaya dəstəyini nümayiş etdirmək, həmçinin bir sıra məsələlərin, o cümlədən Kiyevə silah tədarükünün müzakirəsidir.

Ukraynanın paytaxtına Blinkenlə birlikdə ötən həftə ABŞ Senatı tərəfindən Dövlət katibinin siyasi işlər üzrə müavini vəzifəsinə təsdiqlənmiş Viktoria Nuland da gəlib. ABŞ Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, səfərdə Dövlət katibini Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker də müşayiət edir.

Blinkenin səfəri çərçivəsində əsas tədbirlər bu günə planlaşdırılıb.

Səhər dövlət katibi Ukraynanın xarici işlər naziri ilə danışıqlar aparacaq, sonra ölkənin baş naziri ilə görüş keçirəcək. Bundan sonra ABŞ rəsmisinin prezident Volodimir Zelenski ilə görüşü planlaşdırılıb.