ABŞ Efiopiyadakı vətəndaşları və bəzi diplomatlarını bu ölkəni tərk etməyə çağırıb

ABŞ Efiopiyadakı vətəndaşları və bəzi diplomatlarını bu ölkəni tərk etməyə çağırıb

ABŞ hökuməti Efiopiyada olan vətəndaşları və bəzi diplomatlarını bu ölkəni tərk etməyə çağırıb.

Giperssilka.ru SalamNews-a istinadən xəbər verir ki, Efiopiyada qarşıdurmalar genişləndikcə bəzi dövlətlər o cümlədən ABŞ öz vətəndaşlarını bu ölkəni tərk etməyə çağırıb.

ABŞ Dövlət Katibliyi Efiopiyada qalması zəruri olmayan bəzi diplomatların təxliyə ediləcəyini bildirib.

Bu arada BMT Efiopiyada tərəfləri atəşkəs və sülh danışıqlarına çağırıb və qarşıdurmaların dayanmayacağı təqdirdə ölkədə genişmiqyaslı və dağıdıcı daxili müharibənin qaçılmaz olacağı barədə xəbərdarlıq edib.

Qeyd edək ki, Tiqray Xalq Qurtuluş Cəbhəsinin üsyançıları Ədis-Əbəbə şəhərinin 220 km-də yerləşən Kamisi şəhərini nəzarətə götürüblər. Bundan öncə Tiqray Xalq Qurtuluş Cəbhəsinin tərkibində olan “Urumu Azadlıq Ordusu” bir aya bəlkə də ondan az bir müddətə paytaxta çata biləcəklərini demişdilər. Efiopiya Federal hökuməti ölkə müstəvisində fövqəladə vəziyyət elan edib.