ABŞ Ermənistandakı vətəndaşlarına çağırış etdi

ABŞ Ermənistandakı vətəndaşlarına çağırış etdi

ABŞ-ın Ermənistandakı səfirliyi bu ölkədəki vətəndaşlarına müraciət edib.

Giperssilka Axar.az-a istinadən xəbər verir ki, səfirlik amerikalıları Ermənistandakı seçkidən sonra gözlənilən aksiyalar zamanı sayıqlıqlarını qorumağa çağırıb.

Bundan başqa, səfirlik Ermənistanda növbəti iki həftə ərzində mitinqlərin olacağını, buna görə də diqqətli olmalarını istəyib.