ABŞ Əynul-Əsəd bazasında misli görünməmiş tədbirlər görür
İraqın Ənbar əyalətindəki Əl-Həşduş Şəbi komandanlığından olan bir mənbə, ABŞ qüvvələri üçün zirehli maşın daşıyan bir neçə yük maşınının iyunun 10-u Ənbarın qərbindəki Əynul-Əsəd hava bazasına girdiyini söyləyib.

Deyerler.org İSWNews-a istinadən xəbər verir ki, sözügedən mənbə Əynul-Əsəd bazasında ABŞ əsgərlərinə texnika göndərməkdə məqsədinin aydın olmadığını və təhlükəsizlik qüvvələrinin bundan xəbərsiz olduğunu bildirib.
Mənbə ABŞ hərbi qüvvələrinin Əynul-Əsəd bazasında misli görünməmiş tədbirlər gördüyünü də söyləyib.
Texnikanın və zirehli maşınların Əynul-Əsəd bazasına daşınması, əsas mövzusu təhlükəsizlik məsələsi və ABŞ qoşunlarının İraqdan çıxarılması olan Bağdad və Vaşinqton arasında strateji danışıqlar başlamadan bir gün əvvəl baş verib.
Deyerler.org/Giperssilka.ru