ABŞ gizli şəkildə Əfqanıstan xüsusi təyinatlılarını ailələri ilə birlikdə təxliyyə edib

ABŞ gizli şəkildə Əfqanıstan xüsusi təyinatlılarını ailələri ilə birlikdə təxliyyə edib

Giperssilka Oxu.az-a istinadən xəbər verir ki, ABŞ-ın Əfqanıstandakı gizli bazası olan “Eagle Base” vasitəsilə ölkədən mindən çox yerli xüsusi təyinatlı və onların yaxınları çıxarılıb.

Həmçinin gizli xüsusi əməliyyat zamanı ölkədən yüzlərlə amerikalı təxliyyə olunub.

Qeyd olunur ki, “Taliban”ın ölkəni tutmasından sonra həyatı təhlükədə olan şəxslərə “Eagle Base” adlı bazaya getmələri barədə göstəriş verilib. Sözügedən əməliyyat avqustun 15-də başladılıb.