ABŞ hərbiçiləri Əfqanıstandakı Baqram bazasını qaçaraq tərk edib - VIDEO

Giperssilka İRİB-ə istinadən xəbər verir ki, ABŞ hərbçiləri tələsik qaydada  Əfqanıstandakı böyük Baqram bazasından gediblər.

Baqram ABŞ-ın Əfqanıstandakı ən böyük hərbi bazası idi. Ora amerikalılar üçün kiçik bir şəhər kimi idi. Ancaq indi bu bazada sükut hökm sürür.

Təxminən bir həftə əvvəl ABŞ hərbçiləri Baqram bazasının işıqlarını söndürüb gecənin qaranlığında nəhəng bir təyyarə ilə bazanı tərk ediblər.

İndi Baqramın qorunmasından məsul əfqan general Kuhistanidir. General Kuhistani bazadakı son durumla deyib:

"Xalqın Baqrama hücum etməsindən sonra ordu bazanın boşaldıldığını öyrəndi. Amerikalılar məlumat vermədən bazanı tərk ediblər".

Baqram bazası bir zamanlar yüz minə yaxın Amerika əsgərinin olduğu bir yer idi. Əfqanistan prezidentləri həmişə bu bazaya gəlirdilər. ABŞ-ın keçmiş prezidenti Tramp bu bazaya gecə ilə gəlib gecə ilə qayıdan son AbŞ prezidentidir.

Əfqan general bildirib ki, amerikalılar Baqram bazasını tərk edib getdilər:

"Qalan isə Əfqanıstanın qonşularıdır.  Xüsusilə Əfqanıstan və İran ki, ortaq cəhətləri çox olan iki ölkədirlər".                                                                

 

Giperssilka.ru