ABŞ İrana qarşı silah sanksiyasını uzatmaq üçün BMT baş katibini inandırıb

Reuters-in xəbərinə görə, BMT-nin baş katibi Antonio Quterres Səudiyyə rejiminin neft obyektlərinə qarşı istifadə olunan silahların “İran mənşəli” olduğuna inandıqlarını qeyd edən bir hesabat hazırlayıb.

ABŞ İrana qarşı silah sanksiyasını uzatmaq üçün BMT baş katibini inandırıb

Hesabat bu ay BMT Təhlükəsizlik Şurasında müzakirə ediləcək.

 

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Quterres may ayında Səudiyyə rejiminin Afif şəhərində bir neft zavoduna, iyun və avqust aylarında Əbha beynəlxalq hava limanına və sentyabr ayında Səudiyyə rejiminin “Aramco” neft şirkətinin Hureys və Əbkayk obyektlərinə hücumlarda istifadə olunan silahların qalıqlarını araşdırdığını söyləyib.

 

14 səhifəlik hesabatla bağlı Quterreş bunları deyib: “Baş katiblik bu dörd hücumda istifadə edilən raket və ya əlaqəli hissələrin İran mənşəli olduğunu qiymətləndirir”.

 

BMT-nin baş katibi hesabatında ABŞ-ın əldə etdiyi bəzi silah və əlaqəli materialların İran mənşəli olduğuna inandıqlarını da söyləyib.

 

Quterres bu fikrə necə gəldiklərini isə, ələ keçirilən bəzi silahlar İrandakı ticarət müəssisəsinin istehsal etdiyi silahlara oxşarlığı və ya fars işarələrinin olması ilə izah edib.

 

Onun sözlərinə görə, bu silahların və ya materialların bir hissəsi Səudiyyə rejiminə 2016-cı ilin fevralından 2018-ci ilin aprelinə qədər gətirilib.

 

Quterres eyni zamanda məruzəsində bildirmişdir ki, sözügedən hissələr nüvə silahının istehsalını dayandırmaq üçün Tehranla əldə olunan beynəlxalq razılaşma ilə əlaqədar qəbul edilmiş BMT qərarına zidd bir şəkildə köçürülə bilər.

 

BMT Təhlükəsizlik Şurasının bu ayın sonunda Quterreşin hesabatına baxıb müzakirə edəcəyi gözlənilir.

 

Vaşinqton Təhlükəsizlik Şurasını İrana silah embarqosunun müddətini uzatmağa vadar edir. Embarqonun müddəti uzadılmasa, oktyabr ayında başa çatacaq.

 

Ancaq Şura qərarlarına veto hüququ olan Rusiya və Çin artıq belə bir qərarı dəstəkləməyəcəklərini bildiriblər.

 

Deyerler.org/Giperssilka.ru