ABŞ Kəşfiyyatının rəhbəri: İran və Rusiya saçlarımı ağartdılar

ABŞ Kəşfiyyatının rəhbəri: İran və Rusiya saçlarımı ağartdılar

Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rəhbəri Moskvada missiyası zamanı saçlarının ağardığını deyib.

Giperssilka SalamNews-a istinadən xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns “The Wall Street Journal” qəzetinə müsahibəsində ABŞ-ın Moskvadakı səfiri olduğu müddətdə saçlarının daha çox ağardığını bildirib.

Qeyd edək ki, Uilyam Börns 2005-2008-ci illərdə ABŞ-ın Rusiyadakı səfiri vəzifəsində çalışıb.

“Mənim ağ saçlarımın qalan hissəsi İranla danışıqlara, xüsusən də 2013-cü ildə nüvə silahı ilə bağlı gizli danışıqlara görədir”,

- deyə MKİ rəhbəri bildirib.

Giperssilka.ru