ABŞ Müdafiə Katibi Trampın qərarı ilə razılaşmır

ABŞ Müdafiə Katibi Trampın qərarı ilə razılaşmır
ABŞ-ın Müdafiə naziri Mark Esper

ABŞ-ın Müdafiə katibi, Trampın ABŞ-kı ümummilli etirazları ləğv etmək üçün ölkənin silahlı qüvvələrindən istifadə qərarına qarşı çıxıb. Mark Esper, Trampın ABŞ-dakı ümumxalq etirazlarını yatırtmaq üçün “qiyam aktı”na müraciət etmək qərarına toxunaraq, bu qanunun tətbiqini dəstəkləmədiyini söylədi.

 

"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, 1807-ci ildə qəbul olunmuş “qiyam aktı” qanunu, ABŞ prezidentinə iğtişaşları və etirazları yatırmaq üçün ABŞ hərbi qüvvələrindən istifadə etməyə imkan verir. ABŞ-ın müxtəlif şəhərləri, xüsusən Minnesota ştatındakı Minneapolis şəhəri, polisin irqçi yanaşmasına qarşı etiraz səhnəsinə çevrilib. Baş vermiş hadisəyə əsasən, ötən həftə Minneapolisdə ağdərili polis, qaradərili ABŞ vətəndaşı Corc Floyda qarşı vəhşicəsinə davranıb və bunun nəticəsində Floyd ölüb. Bu cinayət ABŞ xalqının qəzəbinə səbəb oldu. Trampın şəxsi əmrinə əsasən, polis və təhlükəsizlik qüvvələri nümayişçilərə basqın etdi. Ağ Evin sözçüsü Kayli Makinani, etirazlara qarşı çıxmaq üçün 24 ştatda 17 min Milli Qvardiya əsgərinin yerləşdirildiyini açıqladı. Makinaninin sözlərinə görə, ABŞ prezidenti 24 ştatın qubernatorlarını etirazçıları yatırtmaq üçün güc tətbiq etməyə çağırdı. Son günlər ABŞ-da etirazlar nəticəsində minlərlə insan xəsarət alıb, onlarla insan öldürülüb və ya həbs edilib.

 

"Deyerler.org"/Giperssilka.ru