ABŞ Nikaraqua prezidenti və nazirlərinə sanksiya tətbiq edib

ABŞ Nikaraqua prezidenti və nazirlərinə sanksiya tətbiq edib

Giperssilka.ru Qərbi Asiya mənbələrinə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden Nikaraqua prezidenti Daniel Orteqaya sanksiya tətbiq edib.

Məlumata görə, Co Bayden Orteqa və onun həyat yoldaşı Rosario Morio, habelə bir sıra Nikaraqua nazir və rəsmilərinin ABŞ-a girişini qadağan edib.

ABŞ prezidenti Orteqa və onun nazirlərinə qarşı insan haqlarını pozmasına dair iddia irəli sürərək bildirib ki, Nikaraqua hökuməti və onun tərəfdarlarının repressiv hərəkətləri ABŞ-ı bu addımı atmağa məcbur edib.

Qeyd edək ki, daha öncə ABŞ Maliyyə Nazirliyi Nikaraquanın 9 rəsmisinə və Baş Prokurorluğa qarşı sanksiyalar elan etmişdi.

Giperssilka.ru