ABŞ ordusu Alyaskada böyük təlimlərə başlayır

ABŞ ordusu Alyaskada böyük təlimlərə başlayır

ABŞ Silahlı Qüvvələrinin 15 min hərbi qulluqçusu və 240 müxtəlif uçuş aparatlarının iştirakı ilə Alyaskada “Northern Edge 2021” (Şimal cinahı 2021) təlimləri keçiriləcək.

Giperssilka Axar.az-a istinadən xəbər verir ki, hərbi təlimlər 3-14 may tarixlərini əhatə edəcək.

Təlimlərdə ABŞ Hərbi Hava Qüvvələri, Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri, Dəniz Piyadaları Korpusu, həmçinin “Teodor Ruzvelt” təyyarədaşıyan gəmisi və onu müşayiət edəcək daha bir gəmi iştirak edəcək.