Afrikada 900 milyondan çox insan qazdan məhrumdur

Afrikada 900 milyondan çox insan qazdan məhrumdur

Afrikada 900 milyondan çox insan hələ də enerji mənbəyi kimi qazdan məhrumdur.

Giperssilka.ru APA-ya istinadən xəbər verir ki, bunu Əlcəzairin energetika və mədən naziri Məhəmməd Arkab Afrika Neft İstehsalçıları Assosiasiyasının Nazirlər Şurasının 41-ci iclasında çıxışı zamanı deyib:

"Afrikanın neft hasil edən ölkələrinin qitə əhalisini enerji ilə təmin etmək üçün səylərini birləşdirməsi vacibdir. Hazırda Afrika ölkələrində 900 milyondan çox insan hələ də qazdan məhrumdur".

O, həmçinin neft hasil edən ölkələr arasında ətraf mühitin qorunması üçün yeni texnologiyalardan istifadə sahəsində fəaliyyətlərin əlaqələndirilməsinin zəruriliyini vurğulayıb.

Xatırladaq ki, Afrika Neft İstehsalçıları Assosiasiyası 1987-ci ildə yaradılıb. Təşkilat özündə 15 ölkəni birləşdirir: Əlcəzair, Anqola, Benin, Qabon, Konqo Demokratik Respublikası, Misir, Kamerun, Konqo, Kot-d'İvuar, Liviya, Niger, Nigeriya, Çad, Ekvatorial Qvineya. Cənubi Afrika, Seneqal və Qana təşkilatda müşahidəçi qismində iştirak edir.