Ağ Ev Sallivan və Patruşev arasındakı danışıqları konstruktiv hesab edir

Ağ Ev Sallivan və Patruşev arasındakı danışıqları konstruktiv hesab edir

ABŞ prezidentinin təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev arasındakı danışıqlar səmimi və konstruktiv xarakter daşıyıb.

Giperssilka.ru APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki tərəflər ikitərəfli münasibətlərə dair və beynəlxalq miqyasda narahatlıq doğuran məsələləri müzakirə ediblər.

Bir qədər əvvəl Rusiya Federasiyasının Təhlükəsizlik Şurası da görüş barədə məlumat yayıb. Şuranın administrasiyası bildirib ki, tərəflər iki ölkə arasında qarşılıqlı etimadı artırmaq üçün birgə işləmək barədə razılığa gəliblər.