Ağ Ev: Tramp hələ də Venesuelanın müxalifət liderinə inamını itirməyib

Ağ Ev: Tramp hələ də Venesuelanın müxalifət liderinə inamını itirməyib

Eastnews.org-un verdiyi xəbərə görə, bazar ertəsi Ağ Ev mətbuat katibi, prezidentin hələ də Venesuela müxalifətinin liderinə etibar etdiyini söyləyib.  

Ağ Evin mətbuat katibi Kylie McCann, bazar ertəsi günü prezident Donald Trampın Xuan Quaidonu Venesuelanın prezidenti hesab etdiyini və heç bir şey dəyişmədiyini deyib:   "Donald Tramp Xuan Quaidoya olan etibarını itirməyib".  

Qeyd edək ki, dünən Donald Tramp verdiyi müsahibədə Venesuela prezidenti Nikolas Maduro ilə görüşmə ehtimalı ilə bağlı bir suala cavabında bildirib:   "Mən bu barədə düşünürəm.  Maduro da görüşməyimizi istəyir. ABŞ-ın və onlarla digər ölkənin dəstəyi ilə ən yaxşı şərtlərdə Venesuelaya nəzarəti ələ ala bilməyən özünü müxalifətin lideri  elan edən Xuan Quaidoya çox inanmıram".

 
Eastnews.az/Giperssilka.ru