Aleksandr İonov: "Bu hadisə Amerikanı sarsıtdı" AUDO/FOTO/VİDEO

Rusiya Qloballaşma Əleyhinə Hərəkatın prezidenti Aleksandr Viktoroviç İonov Giperssilka.ru saytına verdiyi müsahibədə Amerikadakı hazırkı durumu şərh edib. ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində qara dərili amerikalı Corc Floydun saxlanma zamanı polisin vəhşilik tətbiq etməsinin nəticəsində qaradərili ölüb. Hadisə ilə əlaqədar yaranan iğtişaşları şərh edən A.İonov bildirib: "Hüquq-mühafizə orqanları tərəfindən qaradərili vətəndaşa qarşı həddən artıq güc tətbiq olunub". Daha ətraflı şərhi aşağıdaki audioda dinləyə bilərsiz:

Aleksandr İonov:
: :

Xatırladaq ki, mayın 25-də ABŞ-da, Minnesota ştatının Minneapolis şəhərində polis bir qara dərili amerikalı Corc Floydu saxladı. Polis işçilərinin saxlanma zamanı etdiyi həddindən artıq güc tədbiq etdiyinə görə, vətəndaş boğulmadan huşunu itirdi, daha sonra xəstəxanada dünyasını dəyişdi. Bununla əlaqədar olaraq, polis məntəqələrinin yandırılması və zərgərlik mağazalarının və ərzaq mağazalarının qarət edilməsinə çevrilən yerli əhali tərəfindən iğtişaşlar başladı.

 

Giperssilka.ru