Ali Məqamlı Rəhbər: "Xalqın səsi ölkənin gələcəyini təyin edəcək, İran bugünkü seçkilərdən xeyir görəcək" FOTO/VİDEO

Ali Məqamlı Rəhbər:
Ali Məqamlı Rəhbər:
Ali Məqamlı Rəhbər:
Ali Məqamlı Rəhbər:
Ali Məqamlı Rəhbər:
Ali Məqamlı Rəhbər:

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei bu gün səhər tezdən, 13-cü prezident seçkiləri, eləcədə şəhər və kənd İslami şuraları seçkilərinin başladığı elə ilk dəqiqələrdə İmam Xomeyninin (rə) Hüseyniyyəsinə gedərək öz səsini qutuya salıb.

Giperssilka "Farsenews"a istinadən xəbər verir ki, səsvermə zamanı Ayətullah Seyyid Əli Xameneyi qısa çıxış edərək bunları bildirib:

"Seçki günü İran millətinin günüdür. ‌Bu günün meydan sahibi və qurucusu məhz xalqdır. Seçki məntəqələrinə getmək və səs verməklə ölkənin önümüzdəki illər üçün ümumi və əsas vəzifəsini təyin edəcək də məhz xalqdır".

Bu gün xalqa məxsusdur və bu gün seçki məntəqəsində axşama qədər veriləcək səslər gələcəyimizin və taleyimizin uzun illər boyu qurucusu olacaqdır. Məhz buna görə insanın ağlı hamının bu böyük milli və ümumbəşəri sınaqda iştirak etməsinə əmr edir.

İnsanları dəfələrlə seçkilərdə iştirak etməyə dəvət etməyimizin ilk təsiri və nəticəsi məhz xalqın özünə qayıdacaqdır. Əlbəttə ki, millətin seçkilərdə iştirakı sayəsində ölkəmiz və İran İslam Cümhuriyyəti nizamı beynəlxalq arenada da böyük üstünlüklərə imza atacaqdır.

Gəlin, müəyyən edin və səs verin. Bu, ölkənin və xalqın gələcəyi üçün vacibdir.

Səsvermə də vacibdir. Heç kim fikirləşməsin ki, mənim bir səsimlə nə olacaq ki?! Unutmayın ki, həmin bir səs, milyonların səsini təyin edir.

İlahi bir niyyətlə daxil olun və bu vacib işi ən qısa zamanda həyata keçirin. Vaxtın sonuna qədər çox vaxt var, ancaq bu işi nə qədər tez yerinə yetirsəniz, bir o qədər yaxşı olar.

Allah təala səslərinizə xeyir-dua versin və səslərinizlə ölkəyə yaxşı bir gələcək qismət etsin.

Bu günlərin aid olduğu İmam Rzanın (ə) xeyir-duası ilə İnşəallah bu gün İran xalqı üçün bir bayram olar və bu, Allahın  inayəti ilə belə də olacaq, millət bu seçkidən xeyir götürəcək.

Təşkilatçılara təşəkkür edirəm və onlardan işləri ölkənin bütün hər yerində lazımi səylə aparmalarını xahiş edirəm.

Hörmətli jurnalistlərə və fotoqraflara da təşəkkür edirəm".

Giperssilka.ru