Ali Məqamlı Rəhbərin dəftərxanası 13 may tarixini Fitr Bayramının günü elan etdi 

Ali Məqamlı Rəhbərin dəftərxanası 13 may tarixini Fitr Bayramının günü elan etdi 

Giperssilka İmam Xameneinin rəsmi ofisini istinadən xəbər verir ki, bu gecə İran, Azərbaycan və bir sıra eyni üfüqlü qonşu ölkələrdə bayram gecəsidir.
Bu barədə Ali Məqamlı Rəhbərin ofisinin rəsmi saytında yerləşdirilən məlumatda deyilir:  


“Mübarək Ramazan ayında tutulan orucların, edilən ibadət və itaətlərin qəbulu arzusu ilə bildiririk”,

- deyə rəsmi açıqlamada bildirilir. 
Açıqlamanın davamında bildirilir: 


“Çərşənbə günü gecə (12 may gecəsi, - red.) mütəxəssislərdən ibarət ekspert qruplarının Şəvval ayının hilalının izləməsilə bağlı verdikləri məlumatlara əsasən, Ali Məqamlı Rəhbərə sabah - 13 may tarixinin Fitr bayramının olması sabit olmuşdur. Buna görə də Ali Məqamlı Rəhbər 13 may tarixinin Fitr bayramı olmasına dair hökm vermişdir. Sabah Hicri-Qəməri təqvimilə 1442-ci ilin Şəvval ayının 1-dir”.


Qeyd edək ki, bu hökm Rusiya Federasiyasına şamil edilmir. Beləki Rusiya üfüqündə Şəvval ayının hilalının görünməsi bu gün üçün sabit olmamışdır. Bu ölkədə yaşayanlar daha bir gün oruc tutmalıdır.
Bayramı yaşayan və  qarşıda yaşayacaq bütün əzizləri bu müqəddəs bayram münasibətilə təbrik edirik!
Giperssilka.ru