İmam Xamenei: “Xarici İşlər Nazirliyi düşməni sevindirəcək bəyanatlar verməməlidir”

İmam Xamenei: “Xarici İşlər Nazirliyi düşməni sevindirəcək bəyanatlar verməməlidir”

Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei mayın 2-də “Müəllimlər” və “Zəhmətkeşlər” günü münasibətilə canlı yayımda çıxış edib.

Giperssilka xəbər verir ki, İmam Xamenei çıxışı zamanı İranın xarici siyasəti ilə bağlı bir sıra mühüm məsələlərə də toxunub.

Çıxışı zamanı İmam Xamenei bildirib ki, Qərb dövlətləri İran siyasətinin onların istəklərinə uyğun olmasını, onlara qul olmağı istəyirlər:

“Bu, Qacarlar və Pəhləvilər dövründə belə idi, onlar Qərbin hökmranlığı altında idilər. İslam İnqilabı bu ölkəni Qərbin hökmranlığından xilas etdi. Qərb imperializminin istəyi yenidən İranı öz hökmranlığı altına almaqdır.
Baxın, İran İslam Cümhuriyyəti Çinlə bir əlaqə qurur, qərblilər narahat olur. İran Rusiya ilə iqtisadi və siyasi münasibətlər qurur, qərblilər yenə narahat olur”.

Qonşularla münasibətlərin qurulmasına törədilən maneələrə də toxunan Ali Rəhbər vurğulayıb ki, istər ərəb, istərsə də digər qonşularının yüksək səviyyəli rəsmiləri İrana gəlmək istəyir, lakin Amerika araya girərək onlara mane olur:

“Qonşularımızla yaxşı münasibətlər qurmağa çalışırıq, Qərb dövlətləri araya girir və bəzi zəif olan qonşularımızı qorxudurlar, təzyiq göstərirlər və onları bizimlə münasibət qurmaqdan imtina etdirirlər. Mən dəfələrlə belə hallara şahid olmuşam”.

İslam İnqilabı Rəhbəri son günlər İran Xarici İşlər Nazirliyi ilə bağlı yaranmış qalmaqal haqqında da danışıb:

“Bunu hamı bilsin ki, xarici siyasət sadəcə Xarici İşlər Nazirliyinin fəaliyyəti ilə ölçülməz. Dünyanın hər yerində xarici siyasət Xarici İşlər Nazirliyindən daha üstün olan məqam və ölkənin yüksək səviyyəli idarəediciləri tərəfindən təyin edilir.
Xarici İşlər Nazirliyi sadəcə icra strukturudur və xarici siyasəti təyin etmir. Dünyanın hər yerində belədir və bizim ölkəmizdə də belədir.
Xarici İşlər Nazirliyi bəyanatlarına diqqət yetirməli və düşməni sevindirəcək bəyanatlar verməməlidir.

Xarici siyasət rəsmilərinin ölkəsinə, xalqına xidmət etmək kimi dərdləri olduğuna ümid edirəm”.

Giperssilka.ru