Ali Rəhbərin Müəllimlər günü mesajı

Ali Rəhbərin Müəllimlər günü mesajı
Ali Məqamlı Rəhbər

Ali Rəhbər Ayətullah Seyyid Əli Xamanei açıqlama verərək Müəllimlər gününü təbrik edib.

 

Giperssilka.ru Maide.Az-a istinadla xəbər verir ki, Ali Rəhbərin mesajında belə deyilir:

 

""Müəllimliyin peyğəmbərlərin peşəsi olduğunu" söyləyən İmam Xomeyninin (r) fikirləri təkcə şüar deyil:

 

"Təzkiyə, tədris, kitab və ilahi hikmət İslam və bütün peyğəmbərlər üçün əsas düşüncə olub. Peyğəmbər məktəbində insanların nəsilləri kitab və hikmətlə tərbiyə olunur. Daha sonra ədalətə əsaslanan həyat qururlar və insan icmaları insan yaradılış məqsədinə yaxınlaşırlar.

 

İslam nizamı, ədalətli və idealist bir dini cəmiyyət qurmaq məqsədi ilə ortaya çıxıb və təbii olaraq ölkədəki təhsil sisteminin İslami nizamın ümumi məqsədindən başqa bir məqsədi ola bilməz.

 

İslam ölkəsindəki uşaqlar, yeniyetmələr və gənclər milli dəyərlər kimi tanınan İslam və inqilabi dəyərlər üçün öz potensial və qabiliyyətlərini inkişaf etdirməyi və reallaşdırmağı öyrənirlər. Bu həyati təhsil və onun reallaşmasını təmin edən mexanizm, müəllimlərin üzərinə düşən böyük bir vəzifədir.

 

Bu istiqamətdə böyüdülən gənc nəsil əvəzsiz sərvətdir və heç bir dəyər onunla eyniləşdirilə bilməz. Bu qiymətli sərvət məktəblərdə, universitetlərdə və dini mədrəsələrdə müəllimlərin əməyinin məhsuludur."

 

Giperssilka.ru