Alimlər virusa qarşı sürətli test hazırladılar

Yaponiyada təxminən yarım saat ərzində mütəxəssislərin və mürəkkəb avadanlıqların köməyi olmadan tüpürcəklə COVID-19 infeksiyasının aşkarlanmasına imkan verən yeni sadə və sürətli test hazırlanıb.

Alimlər virusa qarşı sürətli test hazırladılar

Modern.az xəbər verir ki, bu texnikanın yaradıcıları nəticələrin doğruluğunun koronavirus infeksiyası üçün polimeraz zəncirvari reaksiya (PCR) testlərindən aşağı olmadığını iddia edir. Tədqiqat Yaponiyanın üç universitetinin bir qrup alimi tərəfindən həyata keçirilib: Nihon, Qumma və Tokio Tibb Universiteti.

 

Ölkənin ən böyük dərman firmalarından biri olan "Shionogi" bu sadə testlərin istehsalı üçün lisenziya müqaviləsi bağlayıb.

 

Şirkət testləri ilk növbədə Yaponiyaya daxil olan əcnəbilərin yoxlanılması üçün təklif etmək niyyətindədir.

 

Giperssilka.ru