Almaniya Əfqanıstandan yalnız bu şəxsləri qəbul edəcək

Almaniya Əfqanıstandan yalnız bu şəxsləri qəbul edəcək

Giperssilka Eastnews.org-a istinadən xəbər verir ki, Almaniya Daxili İşlər Nazirliyi potensial olaraq risk altında olan Əfqanıstandan təxminən 2600 insan hüquqları müdafiəçisi, sənətçi, elm adamı, jurnalist və digər insan üçün Almaniyada qalma icazəsi verib.

Bu barədə Almaniya Daxili İşlər Nazirliyinin nümayəndəsi bu gün DPA agentliyinə məlumat verib.

Məlumata əsasən, bu şəxslər, eləcə də ailə üzvləri Almaniyada yaşamaq icazəsi alacaqlar. Belə ki, onların sığınacaq üçün müraciət etməsinə ehtiyac yoxdur. Agentliyin yazdığı kimi, Almaniya Xarici İşlər Nazirliyinin müvafiq siyahısına daxil olan bütün şəxslərə aiddir.