Almaniya "Hizbullah"ın fəaliyyətini qadağan etdi

Almaniya

Eastnews.org-un verdiyi xəbərə görə, Almaniya Daxili İşlər Nazirliyi Livanın "Hizbullah" hərəkatının terror təşkilatı olduğunu və üzvlərinin ölkəyə daxil olmasına icazə verilmədiyini açıqlayıb. Bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, Almaniya Daxili İşlər Nazirliyi bu gün verdiyi açıqlamada Almaniyanın "Hizbullah" hərəkatı üzvlərinin Avropaya terror təşkilatı olaraq girməsini qadağan etdiyini bildirib.

Almaniya polisi də bu gün səhər "Hizbullah" üzvlərinin tutulması üçün əməliyyata başlayıb. Almaniya təhlükəsizlik rəsmiləri ölkədə 1050 "Hizbullah" üzvü olduğunu iddia edib.  

Giperssilka.ru