"Alulbayt Gürcüstan"dan ölkədəki br sıra imkansız ailələrə yardımlar edilib FOTO

Ayətullahül-uzma Seyyid Hüseyn Əli Sistani cənanlarına bağlı "Alulbayt Gürcüstan" təşkilatı imkansız ailələrə yardım aksiyası keçirib.

"Alulbayt Gürcüstan" imkansız ailələrə yardım etdi

Bu barədə İslamazeri.com-a "Alulbayt Gürcüstan"dan məlumat verilib. Məlumata görə,  bu aksiyaya şəxsən "Alulbayt Gürcüstan"ın rəhbəri Hacı Faiq Nəbiyev rəhbərlik edib.

 

"Alulbayt Gürcüstan" ailələrə ərzaq paketi hədiyyə edilərək onların həm Ramazan ayı, həm də Xanım Xədicənin (s.ə) vəfatı münasibətilə keçirilən aksiya vasitəsilə sevindirib. Təkcə İslam Peyğəmbəri Muhəmmədin (s) həyat yoldaşı Xanım Xədicənin (s.ə) vəfatı münasibətilə 100 aztəminatlı ailəyə ərzaq ehsan edilib.

Bu aksiyaya böyük İslam mərcəiyyəti Ayətullah Seyid Sistani, həmçinin onun tam səlahiyyətli təmsilçisi Ayətullah Şəhristani mənəvi və maddi dəstəyini sərgiləyib.

"Alulbayt Gürcüstan" ara-sıra bu cür aksiyalar keçirir. "Alulbayt Gürcüstan"ın rəhbəri Hacı Faiq Nəbiyev bu aksiyanın bir neçə gün davam edəcəyini bildirib.

Giperssilka.ru