Amerikalı konqresmen: “Pulumuz İsrail rejiminin işğalına xərclənməməlidir”

Amerikalı konqresmen: “Pulumuz İsrail rejiminin işğalına xərclənməməlidir”

ABŞ Nümayəndələr Palatasının üzvü Cori Anika Buş Amerika pulunun sionist rejimin işğalı, repressiyası və zorakılığına xərclənməməli olduğunu söyləyib.

Giperssilka Deyerler.org-a istinadən xəbər verir ki, Cori Anika Buş Twitter-də Vaşinqtonun İsrail rejiminə verdiyi dəstəyi tənqid edib.

“Qaraların həyatı uğrunda mübarizə ilə Fələstinin azadlığı uğrunda mübarizə bir-birinə bağlıdır. Pulumuzu hərbi polisə, işğala, repressiya sisteminə və zorakılığa xərcləməyin əleyhinəyik. Biz həm işğala, həm də aparteidə qarşıyıq”.

ABŞ-ın Nümayəndələr Palatasındakı İndiana ştatından olan nümayəndəsi Endryu Karson Twitter-də yazıb ki, ABŞ təsirlərindən fələstinlilərin hüquqlarını qorumaq üçün istifadə etmək və davamlı sülh üçün çalışmaq lazımdır.