Amerikalı senator: “Qərb Sahilinin ilhaqı İsrail rejiminin işğalını əbədiləşdirəcək”

ABŞ Senatındakı müstəqil senator Berni Sanders sionist rejimin İordan çayının qərb sahilindəki bəzi bölgələrin ilhaqı planı barədə xəbərdarlığı edərək, İsrail rejiminin işğalını əbədiləşdirəcəyini söyləyib.

Amerikalı senator: “Qərb Sahilinin ilhaqı İsrail rejiminin işğalını əbədiləşdirəcək”
ABŞ, senator Berniye Sanders

Deyerler.org PressTV-yə istinadən xəbər verir ki, Vermont ştatının senatoru B.Sanders sionist rejimin baş naziri Benyamin Netanyahunun son vaxtlar fələstinlilərlə rəftarını tənqid edərək, Netanyahunu “irqçi” adlandırıb və Təl-Əvivin Qərb Sahilini işğal etmək planının qəbuledilməz olduğunu bildirib.

 

Berni Sanders Tvitter üzərindən paylaşdığı video mesajında, Təl-Əvivdə minlərlə insanın Qərb Sahilinin işğalı planına etiraz etməsinin ümid yaratdığını bildirib.

 

Sanders sülh, ədalət və demokratiyanı qorumaq üçün xeyli sayda ərəb və yəhudinin ayağa qalxmasına diqqəti çəkərək, Qərb Sahilində işğal planlarının dayandırılmalı olduğunu bildirib.

 

Deyerler.org/Giperssilka.ru