Amerikanın iki böyük kilsəsi sionist rejimini irqçi dövlət adlandırıb

Amerikanın iki böyük kilsəsi sionist rejimini irqçi dövlət adlandırıb

Giperssilka.ru “İQNA”ya istinadən xəbər verir ki, ABŞ-da iki Yepiskop və Protestant kilsəsi sionist rejimini irqçi dövlət adlandıran qanun layihəsini qəbul edib.

Belə ki, Çikaqo əyalətinin Yepiskop Kilsəsi çərşənbə günü İsrail rejiminin irqi ayrı-seçkilik sisteminin bu kilsənin dəyərlərinə zidd olduğunu bəyan edən qanun layihəsini təsdiqləyib. Qanun layihəsi Yepiskop Kilsəsi Konqresi üzvlərinin 72 faizi tərəfindən təsdiqlənib.

Qeyd edək ki, Yepiskop Kilsəsi ABŞ-da təxminən iki milyon üzvü olan Anqlikan Kilsəsinin bir hissəsidir. Onlardan 300 minə yaxını Çikaqoda yaşayır.

Atlantadakı Protestant Kilsəsinin Alt Konqresi də keçən həftə sionist rejim üçün aparteidin hüquqi tərifini təsdiq edən qanun layihəsinə səs verib. Protestant Konqresinin üzvlərinin 95 faizi qanun layihəsinin lehinə səs verib.

Giperssilka.ru