Aquero futbola vida etdi VİDEO

"Barselona"nın hücumçusu Serxio Aquero səhhətindəki problemə görə karyerasını bitirib.

Giperssilka.ru Qol.az-a istinadən xəbər verir ki, 33 yaşlı futbolçu bunu bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb. O, qərarı haqda danışarkən uzun müddət göz yaşlarını saxlaya bilməyib.

Xatırladaq ki, argentinalı forvard oktyabrın 30-da “Alaves”lə matçda ürəyindəki problemə görə əvəzlənib və həmin vaxtdan sonra yaşıl meydanlara qayıtmayıb. O, bu ilin yayında “Mançester Siti”dən “Barselona”ya keçmişdi.

2006-cı ildən Argentina millisində çıxış edən Aquero 101 oyuna 42 qol vurub. O, "Barselona" və "Mançester Siti"dən başqa, ölkəsində "İndependente", İspaniyada "Atletiko" klubunda da çıxış edib.