Avropa Liqasında finalçılar müəyyənləşdi

Avropa Liqasında finalçılar müəyyənləşdi

UEFA Avropa Liqasında finalçıların adına aydınlıq gəlib.

Giperssilka "Report"a istinadən xəbər verir ki, yarımfinalın cavab oyunlarından sonra İngiltərənin "Mançester Yunayted" və İspaniyanın "Vilyarreal" komandaları həlledici qarşılaşmaya vəsiqə qazanıblar.

"Arsenal" (İngiltərə) - "Vilyarreal" (İspaniya) - 0:0

İlk oyun - 1:2

 

"Roma" (İtaliya) - "Mançester Yunayted" (İngiltərə) - 3:2

Qollar: Edin Ceko, 57, Brian Kristante, 60, Nikola Zalevski, 83 - Edinson Kavani, 39; 68

İlk oyun - 2:6

 

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 26-da Polşanın Qdansk şəhərində keçiriləcək.