Ayətullah Ərafi: "Qüdsün azadlığı üçün çalışmaq İslam ölkələrinin borcudur"

Ayətullah Ərafi:

İran Dini Elmi Hövzələri və Beynəlxalq Qüds Konfransının rəhbəri Ayətullah Əliriza Ərafi Qüdsü azad etmək üçün çalışmağın şəri vəzifə olduğunu söyləyib.

 

Maide.Az İRNA-a istinadla xəbər verir ki, Videokonfransla təşkil edilən Birinci Beynəlxalq Qüds Konfransında danışan Ayətullah Ərafi, bütün İslam dünyasına irqçi İsrail ilə münasibətlərin normallaşmasını qəbul etməmələrini xahiş edib və müxtəlif bəhanələrlə sionist rejim ilə mədəni və media əməkdaşlığından çəkinmələrini istəyib.

 

İranın ABŞ  və sionist İsrailə qarşı mübarizənin önündə  olduğunu bildirən Ayətullah Ərafi, müqavimətə dəstəyin İslam torpaqlarının son qarışı azad olunana qədər davam edəcəyini söyləyib.

 

Videokonfransla təşkil edilən Birinci Beynəlxalq Qüds Konfransına 18 ölkədən məruzəçilər qatılıb. Dünən başlayan konfrans bu gün də davam edəcək.

 

Bəhreyn İslami Hərəkatının lideri Şeyx İsa Qasim də terrorçu rejimlə İslam ölkələri arasındakı münasibətlərin normallaşmasını pisləməklə, bu vəziyyətin Fələstin mübarizəsi Qüdsə xəyanət olacağını söyləyib.

 

İslam dünyasının ən vacib mövzusunun Qüds və Fələstin mübarizəsi olduğunu bildirən Ayətullah Hüseyin Nuri Həmədani, sionist rejimin mövcudluğunun bölgə və dünya təhlükəsizliyinə təhdid olduğunu və bu rejimin varlığına son qoyulmalı olduğunu və bu xərçəng şişinin bölgədən çıxarılmalı olduğunu deyib.

Maide.az/Giperssilka.ru