Ayətullah İsa Qasım ABŞ-ın Bəhreyn müsəlmanlarını təhqir etməsinə reaksiya verdi

Ayətullah İsa Qasım ABŞ-ın Bəhreyn müsəlmanlarını təhqir etməsinə reaksiya verdi

Bəhreyn inqilabının mənəvi lideri və bu ölkədəki Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah Şeyx İsa Qasım ABŞ-ın Manamadakı səfirliyində üzdəniraqların bayrağını qaldırmaqla Bəhreyn müsəlmanlarını təhqir etməsinə reaksiya verib.

Deyerler.org xəbər verir ki, Ayətullah İsa Qasım Tvitter üzərindən verdiyi bəyanatında bunları qeyd edib: “Bu hərəkət insanları mənəvi rüsvayçılığa və bu süfrədə böyüməyə dəvət edir. Sizin dəyərsiz mallarınız özünüz dəyərindədir! Bunu qəbul etməyimiz mümkünsüzdür”.

Ayətullah İsa Qasım yeni bir tvitində, ABŞ-ın Manamadakı səfirliyində üzdəniraqların bayrağını qaldıraraq Bəhreynin müsəlman xalqını təhqir etdiyini bildirib: “Baydenin ədalət vədləri, bir İslam ölkəsində fahişəliyin yayılması ilə təzahür etdi”.

Ayətullah İsa Qasımın mesajının mətni belədir: “Amerikanın əsas problemi insanın onların gözündə bir heyvan mövqeyində olmasıdır və bununla birlikdə düşüncənin gücünü heyvaniyyətin, hökumətin gücünü isə şəhvətin əlində görməsidir.

İndi görürük ki, Bayden və Demokrat Partiyanın ədalət qurması təzyiq və zülmdən qurtarmaq barədə verdiyi iki vəd, özünü iman, iffət və saflıq diyarı olan Bəhreynə ədəbsizlik, aludəçilik və zina mədəniyyətini göndərilməsində göstərdi! Bu, insanları əxlaqi pozğunluğa və bu süfrədə tərbiyə olmağa dəvət edir. Dəyərsiz mallarınız özünüzün dəyərinizdir! Bunu qəbul etməyimiz mümkün deyil. Biz ondan uzağıq.

ABŞ-ın Bəhreyndəki səfirliyi! Bilin ki, məscidlərimiz, ölkənizin (diplomatik və s.) deleqasiyaları üçün Amerika xalqını tənəzzüldən və hər növ fahişəlik ticarəti kimi ölümcül cinayətlərinizdən və əxlaqi viruslarınızdan bəşəriyyəti xilas edəcək kursları təşkil etməyə tamamilə hazırdır.

ABŞ (həqiqəti söyləyirsə) bizə (ölkələrimizə) gəlsin, qabaqcıl maddi elmləri ixrac etsin və bizdən də Amerikaya həyatlarının mənbəyi olan hörmətli və ləyaqətli İslam əxlaqını idxal etsin. Bəlkə bu şəkildə ABŞ-ın Bəhreyndəki səfiri kimi insanlar homoseksuallığı bu qədər biabırçı şəkildə dəvət etməkdən və təbliğ etməkdən utana bilərlər”.

 

Deyerler / Giperssilka