Ayətullah Mirfəxrəddin Musəvi dünyasını dəyişib

Ayətullah Mirfəxrəddin Musəvi dünyasını dəyişib

Giperssilka.ru FNA-ya istinadən xəbər verir ki, Ərdəbilin Xübraqan məclisindəki nümayəndəsi Ayətullah Mirfəxrəddin Musəvi dünyasını dəyişib.

 

Ayətullah Seyyid Fəxrəddin Musəvi 1930-cu ildə Nənə Kəran kəndində ruhani ailəsində anadan olub. İlk təhsilini doğma şəhərində alıb. Müqəddimə dərslərini Ərdəbildə, ali səthli ixtisas dərslərini isə Qum və Nəcəf Əşrəfdəki hövzədə böyük və əzəmətli ustadların hüzurunda oxuyub.

Ayətullah Seyyid Fəxrəddini, Ayətullahül-üzma Şeyx Müctəba Lənkərani, İmam Xomeyni, Ayətullahül-üzma Seyyid Əbülqasim Xoyi, Seyyid Möhsün Həkim, Seyyid Mahmud Şahrudi və digər böyük alimlərin hüzurundan bəhrələnib.

İngilis dilini Seyyid Heydər Hindi və Seyyid Hüseyn Naci Şuyiştəridən, Fəlsəfə, Kəlam elmlərini Şeyx Sədra Badukubeyidən və Şeyx Məhəmməd Bəsravidən öyrənib.

İslam şurası məclisinin birinci, üçüncü və beşinci dövrlərində Ərdəbil xalqını təmsil edib. 90-cı Maddə Komissiyasının və Ali Məhkəmənin İkinci Şöbəsinin sədri kimi vəzifələrdə çalışıb.

Kazimiyyə elmiyyə hövzəsinin və Qum şəhərindəki Nəsim Hikmət Araşdırma-Hüquq Mərkəzinin qurucusudur.

Allah ruhunu şad etsin!

Giperssilka.ru