Ayətullah Safi Golpayiqani Əfqanıstandakı hadisələrdən narahatlığını dilə gətirdi

Ayətullah Safi Golpayiqani Əfqanıstandakı hadisələrdən narahatlığını dilə gətirdi

Giperssilka "İRİB"-ə istinadən xəbər verir ki, Ayətullah Safi Golpayiqani bəyanat yayıb. Ayətullah Golpayiqani bəyanatının bir hissəsində Əfqanıstandakı hadisələrdən narahatlığını dilə gətirib:

"Bu günlərdə dünya çox dəhşətli və uğursuz hadisələrin şahidi olur. Bəşəriyyətin vicdanı və insanların pak fitrəti bu cinayətlərdən utanır. Bir tərəfdən terrorçuların vəhşiliyi, digər tərəfdən, dünyanın və sözdə insan haqları müdafiəçisi olan hökumətlərin və təşkilatların susması heyrətləndirici və utancvericidir!"

Ayətullah Gülpayaqanini mesajının başqa bir hissəsində çox sayda əfqanın şəhid olması, minlərlə gəncin və qocanın, qadınların və uşaqların köçkün olduğuna işarə edib. O, BMT-yə, İslam Konfransı Təşkilatına və İran İslam Cümhuriyyəti höküməti başda olmaqla bütün hökumətlərə və beynəlxalq mərkəzlərə səslənib:

"Əfqanıstanın müsəlman xalqının canlarına və mallarına edilən təcavüzə ciddi reaksiya vermək üçün hələ gec deyil".

 

Giperssilka.ru