Ayətullah Sistani müsəlman dünyasını Fələstinə dəstək verməyə çağırıb

Ayətullah Sistani müsəlman dünyasını Fələstinə dəstək verməyə çağırıb

“Dini mərcəiyyət böyük Fələstin xalqına işğalçılar qarşısındakı şücaətli müqavimətində qəti dəstəyini bir daha elan edir. İşğalçılar onların ərazilərindən yenə qoparmağa, onları şərafətli Qüdsün digər ərazilərindən köçürməyə çalışırlar. Dini mərcəiyyət azad xalqları onları dəstəkləməyə, hüquqlarını almaq üçün onlara yardım etməyə çağırır”.

Giperssilka Sistani.org-a istinadən xəbər verir ki,xəbər verir ki, Bu barədə Ayətullah Sistaninin dəftərxanası bəyanat verib.

Bəyanatda müsəlman xalqlarına çağırış edilib və Fələstinə bu mübarizədə yardım etmək önə çəkilib.

Bəyanatın davamında deyilir:

“Əl-Əqsa məscidi, ətrafı və sair işğal edilmiş ərazilərdəki şiddətli qarşıdurmalar şəksiz bu günlərdə fələstinlilərin işğalın və davamlı təcavüzlərin qarşısında iradə və möhkəmliyini göstərir. Bu mübarizə göstərir ki, onlar qəsb edilmiş ərazilərindən hansı qurbanların bahasına olur olsun əl çəkməyəcəklər.

Böyük Allahdan diləyimiz budur ki, onlara yardımçı və öz qələbəsilə onlara dəstək olsun. Qələbə yalnız məğlubedilməz və hikmət sahibi olan Allah tərəfindəndir".