Ayətullah Sistaninin ofisi İraqın Vatikandakı səfirinin Papanın Nəcəf ziyarəti barədə dediklərini təkzib etdi

Ayətullah Sistaninin ofisi İraqın Vatikandakı səfirinin Papanın Nəcəf ziyarəti barədə dediklərini təkzib etdi

Giperssilka "İNA"-ya istinadən xəbər verir ki, Ayətullah Seyyid Əli əl-Sistaninin ofisi İraqın Vatikandakı səfiri Rəhman Əl-Əmirinin açıqlamarını təkzib edib. Açıqlamada dünya katoliklərinin lideri Papa I Frensiskin Nəcəfül-Əşrəfə səfərinin təfərrüatları ilə bağlı açıqlamalarının dəqiq olmadığı qeyd olunur.

"Səfir İtaliya və Vatikan mediasına istinadən səfərin məzmunu barədə bildirib ki, iki dini rəhbərin ortaq bir qardaşlıq bəyannaməsi imzalanması ehtimal olunur. O, həmçinin görüşdə insan həyatına edilən hər cür hücumun qınanması və dinlərarası dialoqun gücləndirilməsi barədə məsləhətləşmələr aparılacağını qeyd edib. Sözügedən görüşdə bu mövzuların müzakirəsi və hər hansı sənədin müzakirəsi nəzərdə tutulmur", - deyə açıqlamada bildirilir. 

 

Giperssilka.ru