Ayətullah Sistaninin sionist rejimlə bağlı olunan istiftaata cavabı

Ayətullah Sistaninin sionist rejimlə bağlı olunan istiftaata cavabı

Giperssilka.ru MEHR-ə istinadən xəbər verir ki,Ayətullah Seyyid Sistani sionist rejimlə bağlı olan istifta'ata (şəri sual-cavab) cavab verib.

Ayətullah Seyyid Sistaninin ofisinə ünvanlanan istiftaat belədir:

"Gəlirlərinin bir hissəsi sionist rejimə kömək üçün xərclənən ticarət mərkəzlərindən alqı-satqı etmək olarmı?"

Ayətullah Sistani cavab olaraq bildirib:

"Sionist rejimin məhsullarından və bu rejimi dəstəklədiyi sübuta yetirilən şirkətlərin məhsullarından istifadə etmək icazəli deyil".

Qeyd edək ki, ötən günlərdə Ərbil şəhərində İraq və sionist rejim arasında münasibətlərin normallaşması üçün “Sülh və Qayıdış”  başlığı altında iclas keçirilib.Ancaq bu cəhd rəsmi, xalq və siyasi səviyyələrdə böyük məğlubiyyətə səbəb oldu.

Giperssilka.ru