Ayətullah Xamenei başsağlığı verib

Ayətullah Xamenei başsağlığı verib

Ali Rəhbər Ayətullah  Seyyid Əli Xamenei təqvalı alim mərhum Hacı Şeyx Əbulqasim Məhcub Cəhrominin vəfatı münasibətilə başsağlığı verib.

 

Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:

 

"İnna lillah və inna ileyhi raciun" "Mərhəmətli və Bağışlayan Allahın adı ilə! Təqvalı alim mərhum Ayətullah cənab Hacı Şeyx Əbulqasim Məhcubun vəfatı münasibətilə onu sevən,  xüsusi ilə  yaxınlarına, ailəsinə və  şagirdlərinə başsağlığı deyirəm.  

 

Uca Yaradandan bu sədaqətli və inqilabçı ruhani üçün rəhmətini və ən yüksək dərəcələri verməsini diləyirəm!"

 

Qeyd edək ki,  Ayətullah Məhcub ötən gün 94 yaşında vəfat edib. 

 

Maide.az / Giperssilka.ru