Ayətullah Xamenei canlı yayımla xalqa müraciət edəcək

Ayətullah Xamenei canlı yayımla xalqa müraciət edəcək

İslam İnqilabının Rəhbəri İranda 13-cü prezident seçkilərinin keçirilməsi ərəfəsində bu gün Tehran vaxtı ilə saat 19-da canlı çıxış edəcək

Giperssilka Rasthaber-ə istinadən xəbər verir ki, İslam İnqilabının Rəhbəri Ayətullah Xamene seçkilərlə bağlı xalqa müraciət edəcək.

Canlı yayımla yayımlanacaq çıxışla bağlı məlumatı İslam İnqilabının Böyük Rəhbərinin ofisinin informasiya saytı yayıb.

İran İslam Respublikasında 13-cü prezident seçkiləri və Şəhər və Kənd Bələdiyyələrinin İslami Şuraları üzrə 6-cı seçkilər ərəfəsində islam inqilabının rəhbəri  Ayətullah Xamenei 16 iyun saat Bakı vaxtı ilə 18:30-da televiziyadan çıxış edəcək.