Ayətullah Xamenei: "İmam billirdi ki, islami hakimiyyət İslamın ən əsas mesajıdır"

Ayətullah Xamenei:

Ali Rəhbər  Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər İslam İnqilabının memarı dahi İmam Xomeyninin (r.ə) vəfatının 32-ci ildönümü münasibətilə canlı yayımda çıxış edib. 

 

Maide.Az xəbər verir ki, Ali Rəhbər Ayətullah Xamenei İran xalqının bu gün  və uzaq gələcəyə qədər İmam Xomeyninin xatirəsini qorumağa ehtiyaclı olduğunu vurğulayıb. 

 

İslam Respublikası sisteminin qalıcılığının sirrindən danışan Ali Rəhbər Ayətullah Xamenei bildirib ki, bu sirr iki kəlmədən ibarətdir: Cümhuriyyət və İslamçılıq. “Bu iki kəlmənin birliyi və bu iki kəlmədən təşkil tapmış varlıq mütləq həmişəyaşar olmalıdır: həm cümhuriyyət, həm də islamçılıq. Xalq və İslam; cümhuriyyət, yəni xalq, islamçılıq da İslam və dini demokratiya. İmam Xomeyninin yaratdığı və icra etdiyi böyük iş bu idi ki, İslam Respublikası nəzəriyyəsini həyata keçirdi.” 

 

İmam Xomeyninin şəxsiyyəti barədə danışan Ayətullah Xamenei bildirib ki, İmam Xomeyni İslam dinini dərindən tanıyır və xalqa inanırdı. “İmam Xomeyni bilirdi ki, islami hakimiyyət İslamın ən əsas mesajıdır. İmam Xomeyni xalqın gücünə, iradəsinə, vəfadarlığına  ciddi inanırdı və inamın dini əsasları var.”

 

Maide / Giperssilka