Ayətullah Xamenei: Yaxşı istehsal iqtisadiyyatı viruslara qarşı müqavimətli edir FOTO

Ali Rəhbər Ayətullah Xamenei ötən gün (çərşənbə)  iş və zəhmətkeşlər həftəsi münasibətilə yeddi istehsal kompleksi ilə 3 saatlıq canlı əlaqə yaratdı.

Ayətullah Xamenei: Yaxşı istehsal iqtisadiyyatı viruslara qarşı müqavimətli edir FOTO
Ali Məqamlı Rəhbər
Ayətullah Xamenei: Yaxşı istehsal iqtisadiyyatı viruslara qarşı müqavimətli edir FOTO
Ayətullah Xamenei: Yaxşı istehsal iqtisadiyyatı viruslara qarşı müqavimətli edir FOTO
Ayətullah Xamenei: Yaxşı istehsal iqtisadiyyatı viruslara qarşı müqavimətli edir FOTO
Ayətullah Xamenei: Yaxşı istehsal iqtisadiyyatı viruslara qarşı müqavimətli edir FOTO
Ayətullah Xamenei: Yaxşı istehsal iqtisadiyyatı viruslara qarşı müqavimətli edir FOTO
Ayətullah Xamenei: Yaxşı istehsal iqtisadiyyatı viruslara qarşı müqavimətli edir FOTO
Ayətullah Xamenei: Yaxşı istehsal iqtisadiyyatı viruslara qarşı müqavimətli edir FOTO
Ayətullah Xamenei: Yaxşı istehsal iqtisadiyyatı viruslara qarşı müqavimətli edir FOTO
Ayətullah Xamenei: Yaxşı istehsal iqtisadiyyatı viruslara qarşı müqavimətli edir FOTO

Maide.Az "Leader.ir" saytına istinadla xəbər verir ki, O, istehsalın keyfiyyəti və kəmiyyətinin artımı və sağlam bir iqtisadiyyat sistemində sərvət yaradılması istiqamətində işçlənin yeri, işçi ilə sahibkar arasındakı qarşılıqlı vəzifələrin rolu və əhəmiyyətini vurğulayaraq bu ilin istehsal sıçrayışı adlandırılmasının səbəbi, bu şüarın gerçəkləşdirilməsinin zəruri şərtləri və onlar üzərində təmərküzləşmiş sahələrlə bağlı bir neçə nüansa aydınlıq gətirdikdən sonra bu sahənin məsul şəxslərinin vəzifələrindən danışdı.

 

Bütün işçi və zəhmətkeşləri işçi həftəsi münasibətilə təbrik edən  Ayətullah Xamenei istehsalla bağlı verilən ümidverici məlumatları dinləməyin şirin və cazibədar olduğunu dedi və vurğuladı ki, bu məlumatlar yayımlanmalıdır: “İşçi cəmiyyətinin problemlərinin aradan qaldırılması əhəmiyyət verilməsi vacib olan mühüm məsələlərdən biridir”.

 

Ali Rəhbər çıxışının birinci hissəsini işçi probleminə həsr etdi və İslam nöqteyi-nəzərindən iş anlayışını ümumi iş və iqtisadi iş olmaqla iki qismə böldü:

“Ümumi iş bütün iş növlərinə şamil olur. Qurani-Kərim və rəvayətlərdə saleh əmələ çalışmaq və onu yerinə yetirməyin, işin başa çatdırılmasının zəruriliyi vurğulanır. Ölkədə bizim problemlərdən biri işlərin yarımçıq qalmasıdır”.

 

O, İslamın ümumi işə təşviqinin müftəxorluq və hazıryeyənlik kimi səhv və yersiz gözləntinin əks tərəfi olduğunu dedi: “İslam iqtisadi mənada da işin zəruriliyini vurğulayır. Əziz Peyğəmbərimiz (s) işçinin əlini öpərək buyururdu ki, Allah işi möhkəm və məsuliyyət hissi ilə yerinə yetirən adamı sevir”.

 

Ayətullah Xamenei qeyd etdi ki, ölkə iqtisadiyyatının məqsədi sərvət istehsalı, onun insanlar arasında ədalətli bölgüsüdür:

“Sağlam iqtisadiyyata nail olmaq üçün işçi əsas sütunlardan biri və ölkənin sərvət istehsalının birinci dərəcəli amillərindəndir”.

 

Ali Rəhbər dedi ki, bacarıqlı və təşəbbüskar işçi işin keyfiyyətinin artmasına səbəb olur: “Buna görə də iqtisadi müəssisələr və sahibkarlar elm, işçi qüvvəsinin bacarığı və iqtisadi müəssisələrdən ona düşən payı artırmalı, işçi də daha böyük məsuliyyət hissi ilə səhlənkarlığa yol vermədən çalışmalıdır”.

 

O, işçi və sahibkarın iqtisadi inkişafın iki sütunu olduğunu qeyd edərək bəzi fərdlərin işçinin rəyinin nəzərə alınmadığı qanunlardan etdikləri şikayətə işarə edərək dedi: “Bu qaydalar mütləq ədalətli baxışla tənzimlənməlidir”.

 

Ayətullah Xamenei işçi qüvvəsinin hüquqlarına, o cümlədən ədalətli əməkhaqqısı, gecikmə olmadan nizamlı ödəniş, işt əhlükəsizliyi, sığorta, təhsil, rifah, tibbi və müəlicə xidmətlərinə əhəmiyyət verilməsinin zəruri olduğunu dedi: “Texnologiyanın sürətlə dəyişdiyi müasir dünyada istehsalın məhsuldarlığı və keyfiyyətini artırmaqla iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün davamlı təhsil və əvvəlki təcrübələrdən ifstifadə istehsal müəssisələri və onların işçiləri üçün bir zərurətdir”. 

 

Ali Rəhbər dünyanın keçən iki yüzilliyinin siyasi dəyişikliyində işçilərin oynadığı rola işarə edərək ölkəmizin işçilərinin İslam İnqilabının qələbəsi, Müqəddəs Müdafiə, habelə ayrı-ayrı hadisələr zamanı oynadıqları rolun çox böyük olduğunu dedi: “İşçilər İnqilabın məqsədlərinin gerçəkləşməsində ən çox rolu olan sinif olmuşdur. Onların İslam Respublikası ilə bağlılığı daimi bir bağlılıq olmuşdur. Bu dərin bağlılıq hər üç qüvvənin məsul işçilərinin problemlərinin həllindəki vəzifələrini artırır”.

 

Ali Rəhbər çıxışının davamında ilin şüarı olan istehsal sıçrayışı məsələsinə və ilin sonuna qədər bu şüarın gerçəkləşməsi istiqamətində yetərli qədər fürsətə malik olduğuna işarə edərək bu kontekstdə bir neçə məsələyə aydınlıq gətirdi.

 

Ayətullah Xamenei bildirdi ki, ölkə iqtisadiyyatında istehsal insan bədəninin təhlükəsizlik və müdafiə sistemi kimidir:

“Bədənin təhlükəsizlik sisteminin viruslarla mübarizəsi çox mühüm olduğu kimi, münasib və inkişaf etməkdə olan istehsal ölkə iqtisadiyyatını sanksiya, neftin qiymətinin enib-qalxması və müxtəlif impulslar kimi təbii və süni viruslardan qoruya bilər”.

 

O vurğuladı ki, istehsal güclü və milli bir iqtisadiyyatın formalaşmasının əsas amilidir: “İstehsal ölkə iqtisadiyyatı üçün həyati rol oynamaqla yanaşı, onun siyasi, sosial və mədəni cəhətdən də böyük təsirləri vardır. Bir xalqın əsaslı ehtiyaclarının istehsalındakı imkanı ona izzət və özgüvən hissi bəxş edəcək. Cəmiyyətin ümumi rifahına zəmin yaranması Ümumdaxili Məhsulu, ölkə məhsullarının ixracatı və ixracat mədəniyyətinin təsirini artıracaq”.

 

Ali Rəhbər ölkə istehsalının hazırkı vəziyyətinin geriliyin aradan qaldırılması üçün kifayət etmədiyini dedi və istehsalın daha da artırılması və gücləndirilməsinin zəruriliyini vurğulayaraq istehsal sıçrayışı və hazırki şəraitdə onun reallaşma yolları ilə bağlı bir neçə məsələyə aydınlıq gətirdi.

 

Ayətullah Xamenei bildirdi ki, istehsal sıçrayışını reallaşdırmaq üçün ən mühüm məsələlərdən biri insanların müxtəlif istedad və potensiallarından istifadə etməklə xalqın iqtisadiyyatdakı iştirakıdır: “Bu sahədə üç qüvvənin üzərinə mühüm vəzifələr düşür. Əgər bu vəzifələrə əməl edilməsə, istehsal sıçrayışı baş verməyəcəkdir”.

 

İstehsal və istehsalçıya dəstək məsul şəxslərin ən əsas vəzifəsidir:

“İstehsala dəstək likvidliyin inyeksiyası demək deyil. Maneələri aradan qaldırmaqla meydanı investor, fikir sahibi və istehsalçı üçün açıq etmək lazımdır”.

 

Ali Rəhbər maneələrin aradan qaldırılmasının bəzi nümunələrinə işarə edərək dedi: “Əl-ayağa dolaşan qaydaların aradan qaldırılması, əmtəə qaçaqçılığı ilə ciddi mübarizə, nizamsız idxalatla mübarizə, maliyyə və idari pozuntularla mübarizə, mənəvi mülkiyyət hüququna riayət edilməsi, spekulyasiya və zərərli ticarətlərlə mübarizə, zəruri hallarda vergi güzəştlərinin verilməsi, küləklə gələn sərvətlər kimi lazımi məqamlara vergilər müəyyən edilməsi üç qüvvənin məşğul olmalı olduğu zəruri işlərdəndir”.

 

Ayətullah Xamenei bildirdi ki, koronavirusla bağlı olan son hadisələr, tibbi vasitələrin, o cümlədən maska istehsalı üçün ölkənin bütün imkanlarının səfərbər olması meydanı açmaq və istehsala dəstəyin himayə edilməsinin bariz nümunəsidir: “Maska istehsalı sahəsində qısa müddət ərzində ölkə ehtiyacından artıq imkan əldə etməyimizin səbəbi dövlət tərəfindən maneələrin aradan qaldırılması, müxtəlif qurumlar, hətta əhalinin maska istehsalı ilə məşğul olması idi”.

 

O vurğuladı ki, biznes mühitinin sağlamlaşdırılması istehsal sıçrayışını gerçəkləşdirmək üçün zəruri olan məqamlardandır: “İqtisadiyyat və Maliyyə Nazirliyinin mütəxəssis araşdılrmalarına əsasən, lisenziyaların verilməsi üçün bir pəncərə yaradılması və iqtisadi anlaşılmazlıqları aradan qaldırmaq üçün ticari məhkəmələrin təşkili ölkə biznesini 40-50 dərəcə yaxşılaşdıracaq”.

 

Ali Rəhbər istehsal sıçrayışı şərtlərindən biri kimi idxalat qadağası məsələsinə toxunaraq dedi: “Biz idxalata qarşı deyilik, lakin ölkədə istehsal edilən və ya istehsal imkanı olan məhsulun ölkəyə gətirilməməsində israrlıyıq”.

 

Ayətullah Xamenei əlavə etdi: “Bəzi məqamlarda bəzi icra qurumları müəyyən bəhanələrlə lazım olmayan idxalat yolunun açılmasının tərəfdarıdırlar. Məsələn, deyirlər ki, daxili istehsala əsaslanan avtomobilin keyfiyyətinin yaxşılaşdırılması üçün xarici avtomobil idxal edilməlidir. Halbuki ölkə daxilində istehsal edilən avtomobillərin keyfiyyətini xarici avtomobil idxal etməklə və daxili istehsalı yerə virmaqla yox, başqa vasitələrlə artırmaq lazımdır”.

 

O, kəmiyyət sıçrayışı ilə yanaşı keyfiyyət sıçrayışının da əhəmiyyətli olduğunu vurğulayaraq ölkədə iş və fəaliyyətə ümidin artmasının çox mühüm əhəmiyyət daşıdığını dedi: “Təəssüflər olsun ki, ölkədə bir qrup adam həmişə deyir ki, olmaz və bacarmarıq. Halbuki bacarırıq. Səbəbi də budur ki, əgər biz kosmosa 7500 m/san sürətlə hərəkət edən bir peyk göndərirək onu orbitə yerləşdirə biliriksə, əgər müdafiə sənayesində digər böyük nailiyyətlərimiz varsa, deməli, istehsalda da sıçrayışıa nail ola bilərik”.

 

Ayətullah Xamenei əlavə etdi: “Peyk istehsal edə bilən, növbəti peyki 36 min km-lik orbitə göndərməyi qarşısına məqsəd qoymuş beyin yüz km-ə 5 litr benzin sərf edən avtomobil istehsal etmək istiqamətində təşəbbüs və yaradıcılıq ruhiyyəsinə də malikdir”.

 

Həzrət Ayətullah Xamenei istehsal sıçrayışında əhəmiyyət verilməsi lazım olan bəzi prioritet sahələrə işarə edərək dedi: “Bəndər Abbas limanında kondensat emalı zavodu, Siraf Emal Kompleksi kimi emal imkanını artırmaq məhusl istehsalının bir neçə dəfə artması ilə nəticələnəcək neft-kimya layihələri, kənd təsərrüfatı layihələri, xüsusilə buğda, yağlı dən bitkiləri, dərman btkiləri, vətəkələr və modern suvarma üsullarından istifadə etməklə bu sahələrdə özünütəmin, infrastruktur, xüsusilə dəmiryolu nəqliyyatı üzərində mərkəzləşmə, ehtiyat hissələri istehsalına diqqət, çox geriliyimiz olan mədən sahəsi üzərində mərkəzləşmə istehsal sıçrayışı məsələsində xüsusilə diqqət ələb edən sahələrdir”.

 

O bildirdi ki, istehsal sıçrayışında diqqət tələb edən sahələrdən biri də dərman və vaksin sahəsidir: “Hal-hazırda ölkədə koronavirusla mübarizə aparmaq üçün dərman və vaksin istehsalı sahəsində yaxşı araşdırmalar aparılmışdır. Bizim yaxşı və gənc alimlər, işbilən mütəxəssislər koronavirusla mübarizə aparmaq üçün dərman və vaksin istehsalına digər ölkələrdən daha tez nail olmalıdırlar”.

 

Ali Rəhbər qeyd etdi ki, geyim, ayaqqabı və məişət avadanlıqları zənciri ölkənin mühüm və köklü imkanlarındandır: “İstehsal sıçrayışını reallaşdırmaq üçün bu zəncir üzərində təmərküzləşmək və məhsulların idxalatının qarşısını almaq lazımdır”.

 

Ayətullah Xamenei geyim istehsalı sahəsində atılan xoşagəlməz bir addıma işarə edərək dedi: “Ölkə daim keyfiyyətli geyim istehsalı ilə tanınmış və bu sahədə qədim tarixə malikdir. Ancaq bəzi istehsalçılar öz istehsallları üzərinə xarici istehsal yarlığı yapışdırırlar ki, bu da səhvdir”.

 

Ayətullah Xamenei vurğuladı: “Allahın lütfü ilə ölkədə istehsal hərəkətinə start verilmişdir. Ancaq hərəkətin adi sürətlə davam etməsi ölkənin problemlərini həll etməyəcək. Bunun üçün ikiqat hərəkətə və bir sıçrayışa ehtiyacımız var. Bu sahədə də iş görməyə hazır olan gənclər və təşəbbüskar insanlar çoxdur. Meydan onların girişi üçün hazır edilməlidir”.

 

O, çıxışının sonunda koronanın yayılmasından sonra ölkədə yaranmış yeni şəraitə, ehtiyacların təmin edilməsi, ölkənin iqtisadi sahələrində dəyişikliklər və yeni işlərə şərait yaradılması üçün əhali arasında əməkdaşlıq ruhiyyəsinin daha da genişlənməsinə ümidvar olduğunu dedi.

Giperssilka.ru