Ayətullah Xameneinin harada səs verəcəyi məlum oldu

Ayətullah Xameneinin harada səs verəcəyi məlum oldu

Sabah İranda keçiriləcək president seçkilərində İslam İnqilabının Rəhbəri Ayətullah Xameneinin hansı məntəqədə səs verəcəyi məlum olub.

Giperssilka “Mehr”ə istinadən xəbər verir ki, Ali Məqamlı Rəhbər Tehrandakı İmam Xomeyi (rə) Hüseyniyyəsində təşkil olunmuş seçki məntəqəsində səs verəcək.

Qeyd edək ki, İranda prezident seçkiləri sabah 07:00-da başlayacaq.

4 namizəd - Məhkəmə sədri Seyyid Ayətullah İbrahim Rəisi, İnqilab Keşikçiləri Qvardiyasının keçmiş komandanı, Məsləhət Şurasının baş katibi Möhsün Rzai, deputat Əmirhüseyn Kadızadə-Haşimi, Mərkəzi Bankın keçmiş direktoru Abdünnasir Himməti prezidentlik uğrunda mübarizə aparır.

Giperssilka.ru