Azərbaycan, Gürcüstan və Türkiyə arasında beş sənəd imzalanıb FOTO

Azərbaycan, Gürcüstan və Türkiyə arasında beş sənəd imzalanıb FOTO
Azərbaycan, Gürcüstan və Türkiyə arasında beş sənəd imzalanıb FOTO

Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu çərçivəsində üç ölkənin biznes və investisiya sahəsində fəaliyyət göstərən müxtəlif qurumları arasında ticari, iqtisadi, eləcə də sənaye sahəsində beş sənəd imzalanıb.

Giperssilka.ru APA-ya istinadən xəbər verir ki, ilk imzalanan sənəd Azpromo ilə Gürcüstan Ticarət və Sənaye Palatası arasındakı anlaşma memorandumu olub.

Növbəti sənəd Azərbaycan Ticarət və Sənaye Palatası ilə Gürcüstanın Ticarət və Sənaye Palatası arasında imzalanmış anlaşma memorandumu olub.

Həmçinin əməkdaşlıq memorandumu KOBİA ilə Azərbaycan İş Adamları Birliyi arasında imzalanıb.

Növbəti belə bir sənəd Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi ilə Türkiyənin Metal Sənayeçiləri Sindikasiyasi arasında imzalanıb.

Son olaraq razılaşma memorandumu "Azərşəkər"lə "Avrobays" arasında imzalanıb.