Azərbaycan üçün hava proqnozu (27.07.2021)

Azərbaycan üçün hava proqnozu (27.07.2021)

İyulun 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 23-25°, gündüz 28-31°, Bakıda gecə 23-25° isti, gündüz 29-31° olacaq.

Atmosfer təzyiqi  755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25°, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gecəyə doğru ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26°, gündüz 34-39°, dağlarda gecə 13-18°,  gündüz  20-25° olacaq.