Azərbaycan XİN Rusiyaya başsağlığı verib

Azərbaycan XİN Rusiyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Perm Dövlət Universitetində baş vermiş silahlı insidentlə əlaqədar olaraq Rusiyaya başsağlığı verib.

Giperssilka APA-ya istinadən xəbər verir ki, bu barədə XİN-in "Twitter" səhifəsində bildirilib.

“Rusiya xalqına, Perm Dövlət Universitetinə edilən hücumda həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Yaralananların tezliklə sağalmasını arzulayırıq”, - deyə qeyd edilib.

Qeyd edək ki, Perm Dövlət Universitetində tələbə travmatik silahdan atəş açıb. Hadisə nəticəsində 8 nəfər ölüb, 28 nəfər yaralanıb.