Ruhani Kərbəlayi Hüseyn sərbəst buraxıldı FOTO YENİLƏNİB 2

Sumqayıtda və Yevlaxda Aşura məhbusları var.

Ruhani Kərbəlayi Hüseyn sərbəst buraxıldı FOTO YENİLƏNİB 2

Giperssilka.ru xəbər verir ki, Kərbəlayi Hüseyn saxlanıldığı eşidən çox sayda rayon sakini məhkəmə binasının qarşısına toplaşıblar və onun azad edilməsini tələb ediblər.

Təcili olaraq keçirilən məhkəmə iclasından sonra Kərbəlayi Hüseyn 200 manat cərimə edilərək azadlığa buraxılıb.

Giperssilka.ru

- - - - - - - 

Biləsuvarda Aşura tuthatutu davam edir FOTO YENİLƏNİB 1

2021-08-21 16:59:32

Giperssilka Vetenugrunda.az-a istinadən xəbər verir ki, bu gun Biləsuvar rayon polis idarəsinin əməkdaşları rayonda molla Kərbəlayi Hüseyn kimi tanınan Hüseyn Əhməd oğlu Qasımovu hüzr məclisindən tutub birbaşa idarəyə gətiriblər.

Bu barədə yaxınları məlumat verib. Məlumata görə, səhər saat 11:00-da bir hüzr məclisinə başsağlığı üçün gedən Kərbəlayi Hüseyni heç bir səbəb göstərilmədən, yaxınlarına xəbər vermədən polis idarəsinə aparıblar. Hazırda Hüseyn Qasımovun Biləsuvar Rayon Məhkəməsinə göndərildiyi deyilir.

Məhkəmənin önündə toplaşan yaxınlarına deyiblər ki, "hakimi gözləyirlər. Şənbə günü olduğu üçün hələ bir xeyli gözləməli olacaqlar".

Qeyd edək ki, Hüseyn Qasımov Azərbaycan İslam Partiyasının Biləsuvar filalının yaradıcılarından və bölgənin nüfuzlu ilahiyyatçılarındandır.

Giperssilka.ru

 

- - - - - - - - 

Azərbaycanda Aşura əzadarlıqlarına görə 7 nəfər saxlanılıb FOTO

2021-08-21 14:14:32

​​​​​​​Giperssilka.ru xəbər verir ki, Aşura mərasimində iştirak edən 18 yaşlı Nəriman Siyavov polis tərəfindən saxlanılıb. O, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinə aparılıb.

Yaxınlarının bildirdiyinə görə, N.Siyayov Sumqayıtda Aşura yürüşündə iştirak etdiyi üçün saxlanılıb və bir neçə saat sonra buraxılıb. Atası Seyyid Abdul Xaliq Cəfəri  bildirib ki, oğlu əsassız yerə saxlanılıb:

"Bölmədəki polislər də uşağı niyə saxladıqlarını tam olaraq başa düşmürdülər. Uşaqdan soruşdum, dedi ki, məclis bitdikdən sonra namaz qılıb evə gəlmək istəyib. Polislər buna məscidə keçməsini özləri deyiblər. Elə ki məscidə girib, iki polis yaxınlaşıb və məscidin digər qapısından bunu maşına qoyub aparıblar.

Oğlumdan başqa, daha iki nəfəri tutublar. Onlardan birini camaat dağılışandan sonra məscidin həyətində boş butulkaları yığarkən, digərini də namaza girəndə tutublar".

Seyyid Abdul Xaliq Cəfərinin sözlərinə əlavə edib ki, Nərimanı bölmədən buraxanda da polislər heç bir səbəb göstərməyib:

"Mən orda da dedim ki, biz verdiyimiz qurbanı geri istəmirik. Ora getməkdə məqsədim bu idi ki, oğlumun sahibsiz olmadığını bilsinlər. Uşaq bara və ya pis vərdişli yerlərə getməyib, məsciddə tutulub. Məscid ibadət yeridir. İnsan orada əxlaqa və mərifətə çatır. Bizlər də uşaqlarımızı məscidə göndəririk ki, dövlətini, milləti gözəl şəkildə sevməyi bacarsın".

Eyni hal Yevlaxda da yaşanıb. Belə ki, əzadarlıq mərasimində iştirak edən 3 nəfər saxlanılaraq barələrində həbs qərarı verilib.

Elşən Əliyev 15 sutka, Səfərəliyev Fariz 20 sutka, Məmmədov Orxan 20 sutka həbs cəzası alıb.

Aşura məclisində iştirak etdiyi üçün daha bir nəfər isə Lerikdə saxlanılıb. Qum elmi hövzəsində təhsil alan Əli Hüseyni saxlanılaraq polis bölməsinə aparılıb. O, dindirildikdən sonra sərbəst buraxılıb. Bu barədə Ə.Hüseynov özü məlumat verib.

Beləliklə, indiyədək əldə olunan məlumatlara əsasən, Azərbaycanın müxtəlif bölgələrində Aşura məclislərində iştirak edən 7 nəfər saxlanılıb və ya həbs edilib.

Giperssilka.ru